“Milan”ın hücumçusu Santyaqo Ximenes UEFA Çempionlar Liqasında mövsüm ərzində həm komandanın heyətində, həm də həmin komandanın qapısına qol vuran ilk futbolçu olub.
Oxu.Az xəbər verir ki, mövsümə “Feyenord”da başlayan meksikalı bu klubun heyətində Çempionlar Liqasında 5 qol vurub.
Qış transfer pəncərəsində “Milan”a keçən 23 yaşlı forvard turnirin pley-off mərhələsinin cavab matçında (1:1) keçmiş komandasının qapısından top keçirib.
Qeyd edək ki, Ximenes “Milan”ın heyətində keçirdiyi 5 matçda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Comments are closed, but trackbacks and pingbacks are open.