Əməliyyat zamanı “TikTok” platformasında canlı yayım açan cərraha xəbərdarlıq edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ümumi cərrah Ruslan Ağayev Səhiyyə Nazirliyinə dəvət olunub və nazirliyin müvafiq şöbəsinin əməkdaşları tərəfindən onunla söhbətlər aparılıb:
“Səhiyyə Nazirliyinin 137 nömrəli əmri – “Həkimin Etik Davranış Qaydaları”nın müvafiq bəndlərinin tələblərinə riayət olunmasının vacibliyi ilə bağlı ona xəbərdarlıq edilib”.
Qeyd edək ki, “National Prime Hospital” klinikasının həkimi, ümumi cərrah Ruslan Ağayev əməliyyat zamanı “TikTok” platformasında canlı yayım açıb.
Comments are closed, but trackbacks and pingbacks are open.