“Reuters/Ipsos” tərəfindən altı gün ərzində keçirilən sorğu göstərir ki, respondentlərin 44%-i Trampın prezident kimi fəaliyyətini dəstəkləyir.
Oxu.Az kommersant.ru-ya istinadən xəbər verir ki, bu göstərici 24-26 yanvar tarixlərində keçirilən sorğuda 45% idi. Trampın reytinqi 20-21 yanvarda, Ağ Evə qayıdışının ilk saatlarında isə 47% təşkil edirdi.
Onun prezidentliyini məqbul hesab etməyən amerikalıların sayı isə əhəmiyyətli dərəcədə artıb. Son sorğuda bu göstərici 51%-ə çatıb, halbuki onun vəzifəyə başladığı ilk günlərdə bu rəqəm 41% idi.
Tramp immiqrasiya siyasəti ilə bağlı nisbətən yüksək dəstək səviyyəsinə malikdir. Lakin iqtisadiyyatın səhv istiqamətdə irəlilədiyini düşünən amerikalıların sayı getdikcə artır. Trampın prezidentliyi dövründə iqtisadi vəziyyətlə bağlı artan narahatlıqlar onun reytinqinə mənfi təsir göstərir.
Comments are closed, but trackbacks and pingbacks are open.