Türkiyədə məhkumları daşıyan avtobus aşdı: 14 yaralı

Türkiyənin Afyonkarahisar vilayətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az “Sabah Gazetesi”nə istinadən xəbər verir ki, hadisə Bolvadin rayonunda qeydə alınıb.

Qeyd olunur ki, məhkumları daşıyan penitensiar xidmət avtobusunun aşması nəticəsində 14 nəfər yaralanıb.

Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb olunub.

Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More