Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yüksələcək son dörd komandanın adına aydınlıq gətiriliəcək.
Oxu.Az xəbər verir ki, pley-off mərhələsi çərçivəsundə “Borussiya Dortmund” “Sportinq”i Bakı vaxtı ilə saat 21:45-də qəbul edəcək.
Digər görüşlər Bakı vaxtı ilə gecəyarısı keçiriləcək.
PSJ “Brest” ilə, “Real Madrid” klubu “Mançester Siti” ilə, PSV isə “Yuventus” klubu ilə üz-üzə gələcək.
Xatırladaq ki, Liqa mərhələsindən sonra “Liverpul”, “Arsenal”, “Aston Villa” (hamısı İngiltərə), “İnter” (İtaliya), “Barselona”, “Atletiko Madrid” (hər ikisi İspaniya), “Bayer Leverkuzen” (Almaniya) və “Lill” (Fransa) birbaşa 1/8 finala vəsiqə qazanıblar.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
19 fevral
21:45, “Borussiya Dortmund” – “Sportinq”.
20 fevral
00:00, “Real Madrid” – “Mançester Siti”;
00:00, PSV – “Yuventus”;
00:00, PSJ – “Brest”.
Comments are closed, but trackbacks and pingbacks are open.