Zelenski: “Ukraynalılar özlərini aldadılmış hiss edirlər”

“Təəssüf ki, baş verən bu proseslər ukraynalıların psixi və psixoloji vəziyyətinə təsir edir. Ukraynalılar özlərini aldadılmış hiss edirlər. Mən xalqımın hissləri ilə oynanılmasını istəmirəm”.

Oxu.Az xəbər verir ki, bu sözləri Türkiyə KİV-nə açıqlamasında Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya danışıqlarına münasibət bildirən Volodimir Zelenski bildirib.

Ukrayna prezidenti ABŞ-Rusiya ikitərəfli münasibətləri ilə bağlı isə bunları deyib:

“İstəsək də, istəməsək də bu, onların ikitərəfli əməkdaşlığı və ABŞ-nin öz qərarıdır. Təbii ki, biz müşahidə edirik ki, onlar Vladimir Putini siyasi təcriddən çıxarırlar, lakin bu, hər bir halda onların qərarıdır, danışıqlar aparırlar”.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More