Asiya Parlament Assambleyasının komitə iclasında səkkiz qətnamə layihəsi təsdiqlənib

Asiya Parlament Assambleyasının (APA) 15-ci sessiyasının komitə iclası çərçivəsində 8 qətnamə layihəsi təsdiq olunub.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat APA-nın 15-ci plenar sessiyası çərçivəsində keçirilən Siyasi məsələlər daimi komitəsinin iclasında verilib.

Təsdiq olunan sənədlər aşağıdakılardır:

1. “Yaxşı idarəetmə haqqında”;

2. “Qanunun aliliyi və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin artırılması haqqında”;

3. “Yaxşı parlament təcrübələri haqqında”;

4. “Asiyada dostluq və əməkdaşlıq yolu ilə rifahın qurulmasına dair”;

5. “Asiya Parlament və hökumətlərinin Asiyada tərəqqi naminə birlikdə olması haqqında”;

6. “Demokratiya yolu ilə harmonik inkişaf haqqında”;

7. “Asiya parlamentarilərinin Fələstin xalqına sarsılmaz dəstəyi haqqında”;

8. “Çoxtərəfliliyi qorumaq və təşviq etmək üçün APA-nın üzvləri arasında əməkdaşlığın genişləndirilməsinə dair” qətnamə layihələri.

Qəbul edilən layihələr plenar iclasa tövsiyə olunub.

Mərahim Nəsib

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More