Finlandiyalı aşpaz Kriştianu Ronaldu və onun ailəsi ilə eyni evdə yaşayacaq

Ötən ilin dekabrında Finlandiyaya tətilə yollanan Kriştianu Ronaldu Laplandiyada məşhur yerli aşpazla tanış olub.

Oxu.Az xəbər verir ki, “Ən-Nəsr”in forvardı istirahət vaxtı tanış olduğu finlandiyalı aşpaz Arto Rastanı Səudiyyə Ərəbistanına dəvət edib.

Bu barədə “İltalehti”yə müsahibə verən aşpaz bildirib: “Xatırlayırsınızsa, dekabr ayında Ronaldu sevgilisi Corcina Rodriges və uşaqları ilə birlikdə Laplandiya bölgəsinə səfər etmişdi. Ronaldu hazırladığım yeməkləri çox bəyəndiyini etiraf etdi. Nəticədə o, məni Səudiyyə Ərəbistanındakı evinə dəvət etdi. O, mənim menyumu o qədər bəyəndi ki, şəxsi aşpazı olmağımı istədi. İndi bütün həftə ona, ailəsinə və qonaqlarına yemək hazırlayacağam və onun evində yaşayacağam”.

Rasta Finlandiyada bir neçə restorana sahibdir. Bundan əlavə, VIP-qonaqlara xidmət göstərən “Santa Claus Center”i qida ilə təmin edir.

Ronaldu əla mövsüm keçirir. O, bu mövsüm “Ən-Nəsr”in heyətində 27 matçda meydana çıxıb, 24 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More