Fitch Solutions: Neftin qiyməti bu il 75 dollara enəcək

“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkəti neftin qiyməti ilə bağlı proqnozunu azaldıb.

APA-Economics” xəbər verir ki, FS-nin neft və qaz komandası Brent xam neftinin qiyməti üzrə proqnozunu 2025-ci il üçün hər barel üzrə 82 ABŞ dollarından 76 ABŞ dollarına endirib. 2026-2028-ci illər üzrə isə “Brent”in qiyməti ilə bağlı proqnozunu 81 dollardan 75 dollara endirib. Başqa sözlə, proqnoz 7,3% və ya 6 dollar azaldılıb.

Şirkət həmçinin, OPEC ölkələrinin hasil etdiyi müxtəlif növ neftlərin orta qiymətini (OPEC basket) 2025-ci il üzrə 75 dollar, 2026-2028-ci illər üzrə 74 dollar müəyyən edib. FS “OPEC basket” üzrə əvvəlki proqnozu müvafiq olaraq 81 və 80 dollar təşkil edib. Başqa sözlə, proqnoz 6 dollar azaldılıb.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More