İngiltərə Premyer Liqası: “Liverpul” “Aston Villa” ilə bacarmadı

İngiltərə Premyer Liqasında 26-cı tura start verilib.

Oxu.Az xəbər verir ki, turun açılış matçında “Aston Villa” lider “Liverpul”u qəbul edib.

Qarşılıqlı qollarla yadda qalan oyunda qalib müəyyənləşməyib – 2:2.

Bu nəticədən sonra “Liverpul” 61 xalla zirvədədir. Onun ən yaxın izləyicisi “Arsenal” liderdən 8 xal geri qalsa da, bir oyun az keçirib. “Aston Villa” isə 39 xalla turnir cədvəlində 9-cu yeri tutur.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More