İstanbul derbisinin hakimləri bəlli oldu

Türkiyə Superliqasının 25-ci turu çərçivəsində keçiriləcək “Qalatasaray” – “Fənərbağça” oyununu idarə edəcək hakimin adı açıqlanıb.

Oxu.Az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF) İstanbul derbisini sloveniyalı FIFA referisi Slavko Vinçiçə tapşırıb.

Ona Tomaj Klançnik və Andraj Kovaçiç köməklik edəcək. Dördüncü hakim funksiyasını Kadir Sağlam yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma fevralın 24-də “RAMS Park”da Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More