Naxçıvanda Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib

Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Sərəncama əsasən, Cavid Muxtar oğlu Kəngərli Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi vəzifəsindən azad edilib.

Bəxtiyar Məmmədovun digər sərəncamı ilə Tural Rasim oğlu Abdulzadə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini təyin edilib. O, Dövlət Vergi Xidmətinə rəis təyin olunanadək həmin vəzifənin müvəqqəti icra edəcək.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More