Özbəkistanlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü

“Mançester Siti”nin özbək müdafiəçisi Abdukodir Xusanov “Santyaqo Bernabeu”da “Real Madrid”lə Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda (3:1) “şəhərlilər”in heyətində startda meydana çıxmaqla uğura imza atıb.

Oxu.Az “Opta” nəşrinə istinadən xəbər verir ki, 20 yaş 356 günlük olan Xusanov turnirin pley-off mərhələsində debüt edən ikinci ən gənc oyunçu olub.

Rekord 2014-cü ilin martında 19 yaş 128 günlük olarkən “Real Madrid”ə qarşı “Şalke” forması ilə oyuna çıxan türkiyəli Kaan Ayhana məxsusdur.

Qeyd edək ki, iki görüşün nəticəsinə görə, rəqibini 6:3 hesabı ilə üstələyən “Real Madrid” növbəti mərhələyə yüksəlib.

Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More