PSJ – “Brest” oyununda 7, “Real Madrid” – “Mançester Siti” matçında isə 4 qol vuruldu

UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off mərhələsinin son qarşılaşmaları oynanılıb.

Oxu.Az xəbər verir ki, daha 2 komanda turnirin növbəti raunduna vəsiqə qazanıb.

Parisdə baş tutan fransız duelinin qalibi, gözlənildiyi kimi PSJ olub. Paytaxt klubu səfərdə “Brest”in qapısından 3, ev oyununda isə 7 cavabsız top keçirib. İki görüşün nəticəsinə görə, 10:0 qalib gələn Fransa çempionu adını ən güclü 16 komandanın siyahısına yazdırıb.

Gecənin ən maraqla gözlənilən qarşılaşması Madriddə keçirilib. Yarışın son qalibi “Real” “Mançester Siti”ni qəbul edib. İngiltərədən 2:3 hesablı üstünlüklə qayıdan kral klubu bu dəfə də azarkeşlərini qələbə ilə sevindirib. Mbappenin het-triki madridlilərin 1/8 finala çıxmasını rəsmiləşdirib – 3:1 (6:3). Bu mövsüm uğursuz çıxışı ilə seçilən “şəhərlilər” isə Çempionlar Liqası ilə vidalaşıb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More