Tramp: “Ukraynada seçki keçirilməsinin vaxtı çatıb”

“Ukraynada seçki keçirilməsinin vaxtı çatıb”.

Oxu.Az TASS-a istinadla xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Baxın, seçkinin (Ukraynada) vaxtı çatıb. Çoxdan seçki keçirilməyib. Çox gözəl deyir: “Bilirsiniz, biz seçki keçirə bilmərik”. Lakin seçkinin vaxtı çatıb”, – deyə o bildirib.

Daha əvvəl D.Tramp bəyan etmişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin reytinqi 4 faizə düşüb və rəsmi Kiyev nizamlanmaya dair danışıqlar masası arxasında yer almaq istəyirsə, Ukrayna seçki keçirməlidir.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More