UEFA Çempionlar Liqasında 1/8 final uğrunda keçirilən pley-off mərhələsinin son qalibinin adına aydınlıq gəlib.
Oxu.Az xəbər verir ki, ötən həftə doğma meydanda PSV-ni 2:1 üstələyən “Yuventus” səfər matçının əsas vaxtında eyni hesabla uduzub – 2:1 (3:3). Ümumi hesab bərabər olduğundan qarşılaşmada əlavə vaxta ehtiyac yaranıb.
Artırılmış 30 dəqiqə içində qapılarında üçüncü qolu görən “Yuventus” turniri tərk etməli olub.
Niderland çempionu isə adını ən güclü 16 komandanın siyahısına yazdıra bilib.
Comments are closed, but trackbacks and pingbacks are open.