UEFA Konfrans Liqası: Səkkizdəbir final mərhələsinə yüksələn bütün komandalar bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında səkkizdəbir final mərhələsinə yüksələcək son səkkiz komandanın adına aydınlıq gətiriləcək.

Oxu.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də dörd matç keçiriləcək.

Belə ki, “Real Betis” klubu “Gent”lə, “Haydenhaym” klubu “Kopenhagen”lə, “Lyublyana” klubu “Borats Banya Luka” ilə, “Pafos” isə “Omoniya” ilə qarşılaşacaq.

Digər dörd oyun Bakı vaxtı ilə gecəyarısı start götürəcək. APOEL klubu “Çelye”ni, “Yaqelloniya” klubu TSC-ni, “Panatinaikos” klubu “Reykyavik”i, “Şamrok Rovers” isə “Molde”ni qəbul edəcək.

Xatırladaq ki, “Çelsi” (İngiltərə), “Vitoriya de Gimarayeş” (Portuqaliya), “Fiorentina” (İtaliya), “Rapid” (Avstriya), “Dyürqarden” (İsveç), “Luqano” (İsveçrə), “Legiya” (Polşa) və “Serkle Brügge” (Belçika) liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb.

UEFA Konfrans Liqası

Pley-off mərhələsi

20 fevral

Saat 21:45, “Real Betis” – “Gent”;

Saat 21:45, “Haydenhaym” – “Kopenhagen”;

Saat 21:45, “Lyublyana” – “Borats Banya Luka”;

Saat 21:45, “Pafos” – “Omoniya”.

21 fevral

Saat 00:00, APOEL – “Çelye”;

Saat 00:00, “Yaqelloniya” – TSC;

Saat 00:00, “Panatinaikos” – “Reykyavik”;

Saat 00:00, “Şamrok Rovers” – “Molde”.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More