“Fitch Solutions” Azərbaycanın inflyasiya proqnozunu azaldıb

“Fitch Group”a aid olan “Fitch Solutions” (FS) şirkəti Azərbaycanın inflyasiya proqnozunu azaldıb.

APA-Economics” xəbər verir ki, bu barədə şirkətin ölkə üzrə hesabatında bildirilib.

FS 2025-ci il üzrə inflyasiya proqnozunu yenidən 4.0%-dən 3.5%-ə, 2026-cı il üzrə proqnozunu isə 4.4%-dən 4.2%-ə endirib. Başqa sözlə, “Fitch Solutions” inflyasiya gözləntilərini müvafiq olaraq 0.5% bəndi və 0.2% bəndi azaldıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı 2025-ci il üzrə ölkə üzrə inflyasiyanı 5.5%, 2026-cı ildə 3.8% ətrafında proqnozlaşdırıb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More