Kosmosdan baxanda Yerdəki insanın üzünü ayırd edən kamera hazırlandı

Çin xarici hərbi peykləri izləmək üçün dünyanın ən güclü kamerasını yaradıb.

Oxu.Az-ın “South China Morning Post” (SCMP) qəzetinə istinadən verdiyi məlumata görə, lazer əsaslı kamera Çin Elmlər Akademiyasının Aerokosmik İnformasiya Tədqiqatları İnstitutunda hazırlanıb.

Bildirilir ki, Sinxay (Kukunor) gölündə aparılan sınaqlar 100 kilometrdən çox məsafədən bir neçə millimetr dəqiqlikli görüntülər çəkib. Əvvəllər belə nəticələr qeyri-mümkün hesab edilirdi.

Geniş profilli lazer, real vaxt rejimində kamera tərəfindən alınan məlumatların rəqəmsal emalı sistemi ilə birləşərək, diametri 1.7 mm-ə qədər olan detalları görməyə və 15.6 mm dəqiqliklə obyektlərə olan məsafəni təyin etməyə imkan verir. Bu, obyektiv teleskop və kameralardan təxminən 100 dəfə yaxşıdır.

Mütəxəssislərin fikrincə, yeni kameradan istifadə etməklə kosmik peykin seriya nömrəsini oxumaq mümkündür.

Gələcəkdə analoji qurğular kosmosda yerləşdirilə bilər ki, bu da ən kiçik detalları, o cümlədən yerdəki insanın üzünü ayırd etməyə imkan verəcək.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More