Lermontovun qətlinin yenidən araşdırılmasına dair xəbər təkzib edilib

Rusiya İstintaq Komitəsi rusiyalı şair və dramaturq Mixail Lermontovun ölümü ilə bağlı təhqiqatın başlanmasına dair mətbuatda dərc edilən xəbərləri təkzib edib.

Oxu.Az xəbər verir ki, bu barədə TASS agentliyinə Rusiya İstintaq Komitəsindən məlumat verilib.

“Agentliklərdən birinin Lermontovun qətlinin araşdırılması ilə bağlı yaydığı məlumat reallığı əks etdirmir” – Rusiya İstintaq Komitəsinin bəyanatında qeyd olunur.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatı Nikolay Burlyaev Rusiya İstintaq komitəsinin M.Lermontovun ölümü ilə bağlı təhqiqata başlaması ilə bağlı açıqlama verib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More