Robin Van Persi “Feyenoord”u çalışdıra bilər

“Feyenoord” rəhbərliyi yeni mövsümdə komandanın sükanını Robin Van Persiyə tapşırmaq istəyir.

Oxu.Az xəbər verir ki, Van Persi hazırda “Heerenveen”i çalışdırır.

“Feyenoord” nümayəndələri artıq bu klubun rəsmiləri ilə görüşüb, mütəxəssislə bağlı fikir mübadiləsi aparıb.

Van Persi futbolçu kimi 2001-2004 və 2018-2019-cu illərdə “Feyenoord”da çıxış edib. O, 2015-18-ci illərdə “Fənərbağça”nın şərəfini qoruyub. Daha öncə isə “Mançester Yunayted”, “Arsenal” kimi nəhənglərdə çıxış edib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More