Şri-Lankada timsah kişini parçalayıb.
Oxu.Az “Newswire” portalına istinadla xəbər verir ki, insident Kalutara şəhərində baş verib.
Məlumata görə, bədbəxt hadisə kişi şəhərin görməli yerlərindən biri olan Kalutara körpüsünün yaxınlığındakı çaya yaxınlaşanda qeydə alınıb:
“Birdən timsah suyun səthinə çıxıb. O, yerli sakini tutaraq, sürüyüb suyun altına aparıb. Şahidlər kömək etməyə çalışıblar və polis çağırıblar. Hadisə yerinə gələn polis əməkdaşları isə kişinin yalnız sənədlərinin olduğu çantasını aşkarlayıblar”.
Comments are closed, but trackbacks and pingbacks are open.