UEFA Konfrans Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli oldu

UEFA Konfrans Liqasında 1/8 finala yüksələn son komandalar məlum olub.

Oxu.Az xəbər verir ki, ilk oyunda doğma azarkeşləri qarşısında “Haydenhaym”a uduzan (1:2) “Kopenhagen” səfərdə məğlubiyyətinin əvəzini çıxmağı bacarıb. Əlavə vaxtdan sonra görüş 1:3 (ümumi hesab – 3:4) hesabı ilə qonaqların xeyrinə bitib.

Həmçinin, APOEL “Çelye”yə məğlub olub 0:2 (2:4). “Yagelloniya” TSC-ni – 3:1 (6:2), “Panatinaikos” “Reykyavik”i – 2:0 (3:2) hesabı ilə yarışdan kənarlaşdırıb. “Şamrok Rovers” isə “Molde”yə penaltilərlə uduzub – 0:1 (1:1, pen. 4:5).

Bununla da, “Kopenhagen”, “Çelye”, “Yagelloniya”, “Panatinaikos”, “Molde” növbəti mərhələ iştirakçıları sırasına qoşulub.

Xatırladaq ki, “Çelsi”, “Gimarayeş”, “Fiorentina”, “Rapid”, “Dyürqarden”, “Luqano”, “Legiya” və “Serkle Brügge” Liqa mərhələsindən birbaşa 1/8 finala vəsiqə qazanıb. “Real Betis”, “Pafos” və “Borats Banya Luka” isə pley-off sonrası mərhələ adlayıb.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More