Xviça Kvaratsxeliya Gürcüstan futbolu tarixində ilkə imza atıb

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Gürcüstan futbolunun tarixinə düşüb.

Oxu.Az xəbər verir ki, o, bunu Çempionlar Liqasının pley-off mərhələsində “Brest”lə oyunda (7:0) qol vuraraq reallaşdırıb.

Xviça Çempionlar Liqasının pley-off mərhələsində qol vuran ilk gürcü futbolçu olub.

Qeyd edək ki, Kvaratsxeliya ötən ay “Napoli”dən PSJ-yə keçib. O, bu müddətdə Paris klubunda ümumilikdə 7 oyunda 2 qol vurub və 2 qol ötürməsi edib.

Mənbə

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More