Mingəçevirdə iki nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli müxbiri xəbər verir ki, “Mercedes” və “VAZ-21099” markalı minik maşınlarının toqquşması nəticəsində ikinci avtomobilin sürücüsü Tofiq Musayev və onun sərnişini Günay Aşurova xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Mingəçevir şəhər polis şöbəsində araşdırma aparılır.
Comments are closed, but trackbacks and pingbacks are open.