Rusiya-Ukrayna müharibəsində daha bir həmyerlimiz ölüb

Rusiya-Ukrayna müharibəsində azərbaycanlı həyatını itirib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Rusiya-Ukrayna müharibəsində ölən şəxs Cəlilabad şəhər sakini, 48 yaşlı Azər Maarif oğlu Cəlilovdur.

Məlumata görə, A.Cəlilov müharibənin gərgin döyüşlərinin getdiyi Donetsk istiqamətində həlak olub. O, son 10 ildə Rusiyada yaşayırdı və Moskva şəhərində fəhlə kimi çalışırdı. İki övlad atası olan Cəlilovun cənazəsi artıq doğulduğu Cəlilabad şəhərinə gətirilərək dəfn olunub.

Azər Cəlilov

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More