Fevralın 24-dən 25-nə keçən gecə ən soyuq hava gözlənilir.
Xezerxeber.az-ın Milli Hidrometeorologiya Xidmətinə istinadən verdiyi məlumata görə, fevralın 24-ü axşam saatlarından 25-i səhərədək ölkədə soyuq hava şəraiti daha da kəskinləşəcək.
Bakıda və Abşeron yarımadasında minimal temperatur 5-8 dərəcə şaxta, Aran rayonlarında 4-9 dərəcə şaxta, dağlıq rayonlarda 13-18, yüksək dağlıq ərazilərdə isə 20-25 dərəcə şaxta olacaq.
Yolların buz bağlayacağı barədə xəbərdarlıq edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.