Almaniyada mühafizəkarlaq qalib gəldi – Bundestaq seçkilərinin nəticəsi

Fevralın 23-də keçirilən növbədənkənar Bundestaq seçkilərində Xristian Demokrat İttifaqı/Xristian Sosial Birlik (CDU/CSU) bloku 28,6% səs toplayaraq qalib gəlib.

Lent.az xəbər verir ki, bu barədə Federal Seçki Komissiyası öz saytında məlumat yayıb.

Almaniya üçün Alternativ (AfD) 2021-ci il seçkiləri ilə müqayisədə səs payını iki dəfə artıraraq 20,8% toplayıb və tarixində ilk dəfə ikinci olub.

Üçüncü yerdə kansler Olaf Şoltsun Almaniya Sosial Demokrat Partiyası qərarlaşıb. Onu seçicilərin 16,4%-i, yəni 2021-ci ildəkindən üçdə bir dəfə az adam dəstəkləyib. Bu, Sosial Demokratlar üçün partiyanın tarixində ən pis nəticədir.

Daha sonra Yaşıllar və Sol Partiyası gəlir. Onlar müvafiq olaraq 11,6% və 8,8% səs toplayıblar.

Sahra Vaqenknextin “Ağıl və Ədalət Alyansı” və keçmiş maliyyə naziri Kristian Lindnerin Azad Demokrat Partiyası 5%-lik səddi aşa bilməyərək Bundestaqın tərkibinə daxil olmayıb. Onlar müvafiq olaraq 4,9% və 4,3% səs toplayıblar.

Yeni parlamentdə XDİ/XSB 208, AfD 151, SDM 121, Yaşıllar 85, Sol Partiya 64 yer alacaq.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More