“Azərişıq” “ASAN xidmət indeksi” üzrə qiymətləndirmədə 1-ci olub

“Azərişıq” ASC “ASAN xidmət indeksi”nin qiymətləndirmədə 99,% nəticə əldə edərək öz rekordunu yeniləyib və 1-ci olub.

Xezerxeber.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir. 

Məlumata görə, qiymətləndirmənin nəticələri ilə bağlı təqdimatda “Azərişıq”la yanaşı, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və digər qurumların rəhbər vəzifəli şəxsləri iştirak ediblər. Qiymətləndirilmənin keçirilməsində əsas məqsəd dövlət xidmətləri haqqında məlumatların vahid mənbədə sistemləşdirilməsi, xidmətdən yararlanma və xidmət üçün ödəniş imkanlarının, şikayət mexanizmlərinin inkişaf etdirilməsi, şəffaflığın təmin olunması, əməkdaşların peşəkarlıq səviyyəsinin ölçülməsi və ən əsas da elektronlaşdırılma ilə bağlı prosesin sürətləndirilməsi yolu ilə bu sahədə idarəetmənin çevikliyinin təmin edilməsi, təhlil və proqnozlaşdırma imkanlarının artırılmasıdır.

2024-cü ildə Dövlət Agentliyi 37mərkəzi icra hakimiyyəti orqanının 167, 23 yerli icra hakimiyyəti orqanının 8915 hüquqi şəxsin 44 xidməti daxil olmaqla, ümumilikdə 300 xidməti qiymətləndirib. 

“Azərişıq” vətəndaş məmnunluğunu və əlçatanlığını artırmaq məqsədilə xidmətləri onlayn platformaya inteqrasiya edib, göstərdiyi 18 adda xidmətdən 15 xidmət üzrə e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə müraciət etmək imkanı yaradıb. Qurumun Dövlət Xidmətlərinin Elektron Reyestrinə daxil etdiyi xidmətlərin 2024-cü il üzrə xidmət səviyyəsinin ölçülməsi, məlumatların toplanılmasını, yoxlanılmasını, təhlilini və qiymətləndirilməsini aparmaq üçün “ASAN xidmət indeksi”ni təşkil edən 155 adda meyarlar və altmeyarlar üzrə ümumilikdə 775 sorğu cavablandırılıb, əsaslandırıcı sənədlər təqdim olunub.

Tədbirdə mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və hüquqi şəxslər üzrə “ASAN xidmət indeksi” qiymətləndirilməsi nəticələri açıqlanaraq qeyd olunub ki, “Azərişıq” “ASAN xidmət indeksi”nin qiymətləndirmə tarixində ötənilki 98,3 %-lik rekord nəticəsini yeniliyib. Ötən illərdə də “Azərişıq” xidmətlərin keyfiyyətinin artırılması sahəsində mühüm uğurlar qazanıb, xidmət keyfiyyətinə görə dövlət qurumları arasında ön sıralarda yer alıb. 

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More