Kənd təsərrüfatı məhsullarının ixracından əldə olunan pul vəsaitlərini ölkəyə qaytarmamaqda təqsirləndirilən vəzifəli şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında deyilir.
Dövlət Gömrük Komitəsinin məlumatları əsasında istintaq işi
Məlumatda qeyd olunub ki, xarici ölkələrə müxtəlif növ məhsulları ixrac edən bəzi sahibkarlıq subyektlərinin müvafiq valyutada olan pul vəsaitlərini Azərbaycan Respublikasına qaytarmamaları ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlar əsasında prokurorluq orqanlarında cinayət işləri başlanaraq ibtidai istintaq aparılır.
“Qala Meyvə-Tərəvəz” şirkətinin rəhbərinə qarşı ittihamlar
Sumqayıt şəhər prokurorluğunda istintaq edilən cinayət işi “Qala Meyvə-Tərəvəz İxracat İdxalat MMC” tərəfindən kənd təsərrüfatı mallarının konsiqnasiya yolu ilə xarici ölkəyə ixracından əldə edilən ümumilikdə 51 milyon ABŞ dollarından artıq (müvafiq dövrün məzənnəsi ilə 86 milyon manatdan artıq) pul vəsaitinin Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən Abbasov İlham Məzahir oğlu iş üzrə Cinayət Məcəlləsinin 208.2.1 (külli miqdarda xarici valyuta vəsaitini xaricdən qaytarmama), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.
İlham Abbasovun barəsində həbs qətimkan tədbiri seçildi
Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi məhkəməyə göndərildi
Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.
Comments are closed, but trackbacks and pingbacks are open.