Lerikdə yolda qar uçqunu olub – FOTO

Lerikdə yolda qar uçqunu olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, bir neçə gündür cənub bölgəsinə yağan güclü qar yollarda problemlər yaradıb. Ucqar dağ kəndlərinə gedən yollarda problemlər qalmaqdadır. Rayonun Lerik-Hamarat-Vijaker yolunda qar uçqunları baş verib. Həmin istiqamətdə 20-ə yaxın kəndə gediş-gəliş çətinləşib.

Hazırda yolda təhlükəsizlik tədbirləri görülür.

Lerik Fövqəladə hallar komissiyasının sədri Habil Məlikov APA-ya bildirib ki, hava şəraiti ilə bağlı ucqar dağ kəndlərinə gediş-gəlişdə çətinliklər var. Qeyd olunub ki, hazırda yollar qardan təmizləyir: “Dünənə kimi 50-yə yaxın kənddə elektrik enerjisi verilişi dayanmışdı. Bu gün artıq kəndlərin 50 faizinə enerji verilişi bərpa olunub. Günün sonuna kimi rayon tam elektrik enerjisi ilə təmin olunacaq”.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More