2022-ci il fevralın 26-da Azərbaycandan humanitar yardım daşıyan ilk təyyarənin Polşaya necə eniş etdiyi hər zaman xatırlanacaq.
APA xəbər verir ki, bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusevin Rusiya-Ukrayna müharibəsinin üçüncü ildönümü ilə bağlı müraciətində deyilir.
“Cəmi bir neçə gün əvvəl enerji sistemimizi bərpa etmək üçün Azərbaycandan elektrik avadanlıqlarının daha bir partiyası Ukraynaya çatdırılıb. Biz bunu yüksək qiymətləndiririk və həmişə xatırlayacağıq. Biz Ukraynaya kömək edən və kömək etməkdə davam edən əsl dostlarımıza sonsuz minnətdarıq. Avstraliya, Azərbaycan, Bolqarıstan, Vatikan, Böyük Britaniya, Gürcüstan, İspaniya, İtaliya, Kanada, Almaniya, Slovakiya, ABŞ, Türkiyə, Macarıstan, Xorvatiya, Yaponiya və bir çox başqa ölkələrə – milyonlarla ukraynalı qaçqınlara sığınacaq verdiklərinə görə, hərbi və humanitar yardım üçün minnətdarıq”, – səfir qeyd edib.
Comments are closed, but trackbacks and pingbacks are open.