"Ağsu" mehmanxanasının fəaliyyəti dayandırılıb 15:04 25 fevral 2025

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli mehmanxananın fəaliyyətini dayandırıb.

FHN-in Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DYNX tərəfindən Ağsu şəhəri, Tariyel Xasıyev küçəsi, 12 ünvanında yerləşən “Ağsu” mehmanxanasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Obyektin yanğınxəbərverici siqnalizasiya, tüstüdən mühafizə qurğuları və ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, təxliyə yollarının yanar materialdan olan üzlüklərlə bəzədilməsinə yol verildiyi, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmadığı və s. nöqsanlar aşkarlanıb.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Ağsu” mehmanxanasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More