İran Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olmasına çalışır.
APA xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Araqçi rusiyalı həmkarı Sergey Lavrovla Tehranda keçirilən mətbuat konfransında deyib.
Araqçi bildirib ki, Cənubi Qafqazda baş verən proseslər İranı və Rusiyanı maraqlandırır: “Biz Qafqazda Azərbaycan və Ermənistan arasında sülh axtarırıq. Rusiya ilə bütün sahələrdə məsləhətləşmələrimiz davam edir. Biz Qərbi Asiya regionunda, Qafqazda və beynəlxalq məsələlərdə məsləhətləşmələr aparırıq. Bu gün biz ətraflı, yaxşı və konstruktiv müzakirələr apardıq və bütün mövzuları nəzərdən keçirdik”.
Comments are closed, but trackbacks and pingbacks are open.