Hindistanın Ranthambore Milli Parkında məbədə gedən mömini pələnglər parçalayıblar.
Lent.az xəbər verir ki, bu barədə məlumatı yerli “Times of India” qəzeti yayıb.
Nəşrin məlumatına görə, hadisə fevralın 20-də baş verib. 31 yaşlı yerli sakin Ranthamborda yerləşən Kaçida Mata məbədinə gedirmiş. Yolda o, pələnglərin hücumuna məruz qalıb. Onun səpələnmiş qalıqlarını fevralın 22-də məbədə gedən yolda sakinlər tapıblar.
Polis və ekspertlər hələlik kişinin ölümünün dəqiq səbəbini açıqlamayıblar, lakin aldığı xəsarətlər onun pələng tərəfindən öldürüldüyünə işarə edir. Qeyd olunur ki. bu ərazidə pələnglər tez-tez insanlara hücum edir.
Comments are closed, but trackbacks and pingbacks are open.