Slavko Vinçiçin

Türkiyə Super Liqasında 55 ildən sonra ilk dəfə əcnəbi hakim fit çalıb.

Apasport.az xəbər verir ki, qolsuz bərabərliklə bitən “Qalatasaray” – “Fənərbaxça” matçının baş hakimi Slavko Vinçiçin derbi üçün aldığı pul bəlli olub.

Sloveniyalı derbini idarə etmək üçün 3600 avro alıb. Vinçiçin köməkçiləri isə 2300 avro qazanıb.

Bundan əlavə, Vinçiç və köməkçilərinə gündəlik 350 avro xərclik verilib.

Qeyd edək ki, Slavko Vinçiçin idarə etdiyi derbidə sloveniyalı hakimə Tomaz Klançnik və Andraz Kovaçiç köməklik edib.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More