Xocalı faciəsi ilə hər şeyi bildiyimi düşünürdüm, ta ki Xocalı sakini ilə söhbət edənədək.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu gürcü tarixçi və araşdırmaçı Badri Naçkebia Tbilisidə Xocalı soyqırımının 33-cü ildönümü münasibətilə keçirilən anım tədbirində deyib.
Dinc əhaliyə qarşı törədilən vəhşiliklərin fərqləndirici xüsusiyyətləri
“Xocalı faciəsi dinc əhaliyə qarşı törədilmiş klassik soyqırımı nümunəsidir. Bu faciəni postsovet ölkələrində baş verən digər faciələrdən əsas fərqi odur ki, baş verən digər münaqişələr zamanı uşaqlara qarşı bu cür məqsədyönlü vəhşilik törədilməmişdi,” deyə Naçkebia əlavə edib.
Cinayətkarların beynəlxalq ictimaiyyət qarşısında cəzalandırılmasının vacibliyi
“Bu qətliamı törədən cinayətkarların beynəlxalq ictimaiyyət qarşısında cəzalandırılması, onların beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb edilməsi yalnız azərbaycanlıların deyil, hər kəsin öhdəliyidir ki, bənzər hadisələr bir də təkrarlanmasın”, – Naçkebia qeyd edib.
Gürcü tarixçi Simon Kopadze isə qeyd edib ki, Azərbaycanın İkinci Qarabağ müharibəsi dövründə intiqam addımları atmaması olduqca təqdirəlayiq haldır.
Azərbaycanın dinc əhaliyə qarşı intiqam almaması və bunun regionun inkişafı üçün əhəmiyyəti
“Bütün bunlar insanlığa qarşı misli görünməmiş hadisələr idi. Xoşbəxtlikdən 2023-cü ildən Xocalı artıq azaddır. Vətən müharibəsi zamanı Azərbaycan dinc əhaliyə qarşı intiqam addımı atmadı, bir nəfər də olsa, dinc Ermənistan vətəndaşı öldürülmədi. Azərbaycanın bütün bu addımları, öz ərazilərini işğaldan azad etməsi həm ölkənin, həm də regionun inkişafı üçün vacib idi,” o əlavə edib.
Gürcüstanın da oxşar faciələrlə üzləşməsi və canilərin məsuliyyətə cəlb olunacağına inam
“Bu cür faciələrlə Gürcüstan da üzləşib. Biz ötən əsrin sonlarında Qarabağda Xocalıda, Abxaziyada Qaqrada vəhşiliklərin şahidi olduq. Mən həm Xocalı, həm Abxaziya canilərinin məsuliyyətə cəlb olunacağına əminəm”, – Simon Kopadze vurğulayıb.
Comments are closed, but trackbacks and pingbacks are open.