Ramzan Kadırovun xalq artisti olan qızı baş nazirin müavini postundan getdi

Çeçenistan lideri Ramzan Kadırovun böyük qızı Ayşat Kadırova respublika hökuməti sədrinin müavini vəzifəsini tərk etdiyini açıqlayıb. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, xalq artisti bu barədə fevralın 27-də “Instagram” səhifəsində danışıb.

Qeyd edək ki, Kadırova 2023-cü ildə baş nazirin müavini olub. Bundan əvvəl o, Çeçenistanın mədəniyyət naziri vəzifəsini tutub.

Kadırova bu qərara çox düşünərək gəldiyini bildirib.

“Bu iş mənim üçün mühüm təcrübə oldu. Amma düşünürəm ki, bu iş güclü kişi üçün daha uyğundur”.

O, respublikanın rifahı üçün çalışacağını, biznes layihələri həyata keçirəcəyini vurğulayıb. Kadırovanın sözlərinə görə, bu fəaliyyəti ilə o, siyasətlə məşğul olmaqdan daha çox fayda gətirə biləcək.

Kadırova çıxışının yekun hissəsində “Firdaws” moda evinə qayıtdığını və moda sənayesində çalışdığını açıqlayıb.

“Mən bütün qadınları xoşbəxt edəcəm”, – Ayşat Kadırova.

26 yaşına qədər Kadırovun böyük qızı bir sıra mükafatlara və titullara layiq görülüb. O, “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı, “İnsan hüquqlarının müdafiəsinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” fəxri nişanı, habelə respublikanın ən yüksək mükafatı olan Kadırov ordeni ilə təltif edilib.

Bundan əlavə, Kadırova Çeçenistanın əməkdar mədəniyyət işçisi və xalq artisti titullarına layiq görülüb. 2023-cü ilin sentyabrında 2-ci dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilib.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More