Rusiyada “Instagram” , “Facebook” və “YouTube” nə vaxt blokdan çıxarılacaq? – RƏSMİ CAVAB

Kreml “Instagram” , “Facebook” və “YouTube” sosial şəbəkələrinin Rusiyada blokdan nə vaxt çıxarılacağına aydınlıq gətirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov adı çəkilən sosial şəbəkələrin ölkə ərazisində blokdan çıxarılması üçün onların Rusiya Federasiyası qanunlarına əməl etməsinin lazım olduğunu söyləyib.

Onun sözlərinə görə, Rusiyada “Facebook” və “Instagram”a qoyulan qadağa Moskva və Vaşinqton arasında etibarla bağlı deyil, şirkətlər Rusiya qanunlarına əməl etməlidirlər.

Peskov bunun Rusiya Federasiyasının qanunlarının icrası ilə bağlı olduğunu söyləyib. O vurğulayıb ki, Rusiya qanunvericiliyinə riayət etmək tələbi “YouTube”a da aiddir: “Amerikalılara nə qədər inamımız olsa da, bu, heç kimi Rusiya qanunlarına əməl etməkdən azad etməyəcək”.

Qeyd edək ki, Meta korporasiyasına məxsus olan “Facebook” və “Instagram” Rusiya Federasiyasında ekstremist kimi tanınıb və qadağan olunub. “YouTube” isə ötən ilin avqustundan bloklanıb. (APA)

Mənbə: Xəzər Xəbər.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More