Çinin Ali Xalq Prokurorluğu 61 yaşlı Yu Huayinqə qarşı ölüm hökmünü icra etdiyini bildirib. Qadının digərləri ilə birlikdə 17 uşağı qaçıraraq satdığı qeyd olunur.
Lent.az xarici mediaya istinadla bildirir ki, çinli qadın 2024-cü ilin oktyabrında Quizhou əyalətinin məhkəməsi tərəfindən ölüm cəzasına məhkum edilib.
Prokurorluq qeyd edib ki, edam hökmü Quiyanq şəhər Aralıq Məhkəməsi tərəfindən ittihamın Ali Xalq Məhkəməsi tərəfindən təsdiqlənməsindən sonra həyata keçirilib.
Xatırladaq ki, daha əvvəl Çinin Sinxua agentliyi xəbər vermişdi ki, məhkəmə iclasları zamanı Yu Huayinq 1993-2003-cü illərdə Yunnan və Quizhou əyalətlərindən, həmçinin Çonqin şəhərindən 17 uşağı qaçırdığı müəyyən edilib. O, digər cinayətkarlarla birlikdə qaçırılan uşaqları Hebey əyalətində satıb.
Comments are closed, but trackbacks and pingbacks are open.