Ağcabədidə ağır qəza nəticəsində ölən 5 nəfərin kimliyi məlum olub – FOTO – VİDEO – YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Ağcabədi rayonunun Xocavənd kəndi ərazisində “Mercedes”, “KIA” və “VAZ” markalı minik maşınlarının toqquşması nəticəsində 5 nəfər ölüb, xəsarət alanlar var.

APA xəbər verir ki, hadisə nəticəsində Ağcabədi rayonu Boyad kənd sakinləri 1991-ci il təvəllüdlü Hüsüyev Vüsal Məmməd oğlu, 1995-ci il təvvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və rayonun Bilağan kənd sakini 2022-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğlu həyatını itirib.

***
20:11

Ağcabədi rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli müxbirinin əldə etdiyi xəbərə görə, rayonun Xocavənd kəndi ərazisində “Mercedes”, “KIA” və “VAZ” markalı minik maşınları toqquşub.

İlkin məlumata görə, qəzada 5 nəfər həyatın itirib, yaralılar var.

Hadisə nəticəsində xəsarət alanlar Ağcabədi rayon mərkəzi xəstəxanasına aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More