Ceyhun Bayramov Kaya Kallasla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib

Fevralın 28-də xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd edilib ki, telefon danışığı zamanı, Azərbaycan və Aİ münasibətlərinin hazırkı durumu və perspektivləri nəzərdən keçirilib, regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

Tərəflər ikitərəfli əməkdaşlıq münasibətlərinin geniş potensiala malik olduğunu, gündəlikdə duran məsələlərin irəlilədilməsi məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsi də daxil olmaqla, siyasi dialoqun intensivləşdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Telefon danışığı zamanı tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparıblar.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More