Joze Mourinyo və Okan Buruk cəzalandırılıb

Bu gün PFDK-nın iclası keçirilib.

Apasport.az xəbər verir ki, yığıncaqda “Qalatasaray” – “Fənərbaxça” matçı (0:0) ilə bağlı qərarlar verilib.

Qurum Okan Buruk və Joze Mourinyonu cəzalandırıb.

Türkiyəli mütəxəssis 1, portuqaliyalı çalışdırıcı isə 4 matçı buraxmalı olacaq.

Mourinyo bu gün “Qaziantep”lə oyunda komandasının yanında ola bilməyib. O, həmçinin “Antalyaspor”, “Samsunspor” və “Bodrumspor” görüşlərində iştirak edə bilməyəcək.

Buruk isə “Kasımpaşa” ilə qarşılaşmanı buraxmalı olacaq.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More