Hikmət Hacıyev: Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri Şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında Ermənistanın vaxtilə işğal etdiyi Azərbaycan ərazilərində basdırdığı minaların törətdiyi təhlükəyə diqqət çəkib.

APA xəbər verir ki, paylaşımında minaları “səssiz ölüm” adlandıran H. Hacıyev bu məsələdə məsuliyyəti bilavasitə rəsmi İrəvanın daşıdığını qeyd edib:

“Ermənistan Cənubi Qafqazda nəhəng mina istehsalçısı olaraq qalmaqda davam edir”.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More