Jurnalist Fatimə Mövlamlı həbs edilib

Jurnalist Fatimə Mövlamlı həbs olunub.

APA xəbər verir ki, Xətai Rayon Məhkəməsində istintaq orqanının təqdimatı üzrə qərar qəbul edilib.

Məhkəmə təqdimatı təmin edib. Onun barəsində 1 ay 9 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Fatimə Mövlamlı “Meydan TV” ilə əlaqəli cinayət işinə görə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More