Paris Olimpiadasında iştirak edən 220 idmançı medalını geri qaytarır

Paris Sikkəxanasına 2024-cü il Olimpiya Oyunları üçün medalların dəyişdirilməsi üçün 220 müraciət daxil olub.

Lent.az xarici mediaya istinadla bildirir ki, Paris Sikkəxanası onlardan bəzilərini əvəz edib və idmançıların istəyi ilə dəyişdirmə əməliyyatını davam etdirir. Qeyd edilir ki, yeni mükafatlar orijinallarla eyni olacaq, lakin davamlılığı artırmaq üçün onlara qoruyucu lak vurulacaq.

Xatırladaq ki, 2024-cü ildə Parisdə keçirilən oyunların iştirakçıları yüzdən çox qüsurlu medalı geri qaytarıblar. Hətta fransalı üzgüçülər Klement Sekki və İohan Ndoye-Brouard, eləcə də amerikalı skeytbordçu Nyjah Huston da mükafatların keyfiyyətindən şikayət ediblər.

Qeyd edək ki, sözügedən yarışlarda iştirak edən azərbaycanlı idmançılara verilən medalların da qısa zamanda korlandığı barədə mediada məlumatlar yayılıb.

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More