Yazıçı Müşfiq Xanın oğlu tapılıb – YENİLƏNİB

Yazıçı Müşfiq Xanın oğlu tapılıb.

APA-nın məlumatına görə, bu barədə yazıçı sosial mediada məlumat yayıb. O, oğlunun harda tapılması barədə açıqlama verməyib.

Qeyd edək ki, yazıçı Müşfiq Xan sosial mediada oğlu Füzuli Fərziyevi axtardığı barədə elan yazmışdı. Onun yazdığına görə, oğlu dünən 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub: “Sonra hara getdiyi haqqında məlumat yoxdur”.

DİN-in Mətbuat Xidmətindən yazıçının övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyü bildirilmişdi.

***
28.02.2025
19:40

Yazıçı Müşfiq Xanın övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Bu barədə APA-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Elbrus İbrahimov bildirilib.

Onun sözlərinə görə, axtarış elan edilib, yeniyetmənin tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Qeyd edək ki, Müşfiq Xanın oğlu Füzuli Fərziyevin bu gün 16:15 radələrində metronun “Avtovağzal” stansiyasında olub. Sonra hara getdiyi haqqında məlumat yoxdur. Telefon yoxdur üstündə.

Onu görənlərdən aşağıdakı telefon nömrələri ilə əlaqə saxlamaları xahiş olunur:

0502431453, 0557166373

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More