Bakıda evdə partlayışda xəsarət alanlardan 1-i kritik ağır, 4-ü ağır vəziyyətdədir – VİDEO – YENİLƏNİB

Bu gün saat 04:25 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani 9 ünvanından yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dəb bildirilib.

5 nəfər yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib

Qeyd edilib ki, dərhal hadisə yerinə briqadalar cəlb olunub. Xəsarət alan 5 nəfər (2-si qadın, 3-ü kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Xəsarət alanların 4-nə yanıq şoku diaqnozu qoyulub, 1-i kritik vəziyyətdədir

Bildirilib ki, 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədən səthinin 80%-inin III-IV dərəcəli termiki alov yanığı şoku, 2002-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədənin III-IV dərəcəli termiki alov yanığı şoku, 1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1978-ci il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı və 1974-cü il (qadın cinsli) sifətin, hər iki said əllərin, hər iki yuxarı ətrafın və yuxarı tənəffüs yollarının II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

Hazırda 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 4 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.

***

saat 09.20

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində vətəndaşa məxsus fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub.

APA xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı vətəndaşa məxsus ümumi sahəsi 210 kv.m. olan birmərtəbəli fərdi yaşayış evində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

Fərdi evdə baş verən yanğın söndürülüb

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb, ərazidə zəruri təhlükəsizlik tədbirləri görülüb.

Yanğın nəticəsində dam örtüyünün yanar konstruksiyaları 210 kv.m. və evin yanar hissələri 100 kv.m. sahədə yanıb.

Xəzər rayonunda yanğın nəticəsində 5 nəfər xəsarət alıb

Yanğın nəticəsində 5 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

Mənbə: Apa.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More