Biləsuvarda 42 yaşlı şəxs odlu silahdan açılan atəş nəticəsində xəsarət alıb.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə şəhərin Nizami küçəsində qeydə alınıb.
Belə ki, rayon sakini həmyerlisi 1983-cü il təvəllüdlü Elməddin Əzizağa oğlu Cəfərova odlu silahdan atəş açıb.
Qıçından xəsarət alan yaralı rayon mərkəzi xəstəxanasına çatdırılıb.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Comments are closed, but trackbacks and pingbacks are open.