Pezeşkianın nazirini vəzifəsindən çıxardılar

Bu gün İran parlamentində (İslam Şurası Məclisi) iqtisadiyyat və maliyyə naziri Abdolnaser Hemmatinin impiçmentinə dair məsələ müzakirəyə çıxarılıb.

Lent.az-ın “Mehr” agentliyinə istinadən verdiyi məlumata görə, səsvermə zamanı 182 deputatın lehinə, 89 deputatın əleyhinə səs verməsi, 1 səsin etibarsız sayılması ilə nazirə etimadsızlıq göstərilib.

İslam Şurası Məclisində Rəşti təmsil edən Cabbar Kuçkinejad deyib ki, iqtisadiyyat naziri Abdolnaser Hemmati yenidən parlamentdə etimad səsi qazana bilməyib və vəzifəsindən uzaqlaşdırılıb.

Qeyd edək ki, nazirə qarşı impiçmentin səbəbi devalvasiya, İran valyutasının məzənnəsinin rekord dərəcədə aşağı düşməsidir.

Naziri müdafiə etmək üçün iclasda iştirak edən İran Prezidenti Məsud Pezeşkian bəyan etmişdi ki, bir nazirin əvəzlənməsi köklü dəyişikliyə gətirib çıxarmayacaq.

 

Mənbə: Lent.Az

Comments are closed, but trackbacks and pingbacks are open.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More